Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar müavinət alacaq. Bu, Milli Məclisin dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılacaq.
Məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli Referans.az-a bildirib ki, yeni dəyişiklik bir çox şəxsə əlavə vasitin verilməsinə səbəb olacaq:
“Bu qanun çoxdan var idi, amma əvvəllər sırf iş kimi məşğulluqdan qeydiyyatdan keçmiş və yalnız bunun qanunun əhatə dairəsi ixtisara düşmüş və ya iş yeri bağlanmış şəxslərə şamil olunurdu. İndi isə müddətli əmək müqaviləsi ilə iş yerini itirmiş şəxslərə də şamil olunacaq. Bu şərtlə şamil olunacaq ki, onların işsizlik sığortasına haqqı çatsın. Burada məsələ ondan ibartədir ki, bu şəxslər hazırda da işsiz kimi qeydiyyata alacaqlar. Sadəcə 3 ay minimum əməkhaqqı alırlar. İndi həmin şəxslərə əgər uşaqları varsa, həmin bu 3 ay ərzində 345 manat yox, 1 uşağa görə həmin məbləğin 5 faizi, yəni 17 manat əlavə veriləcək. İki uşaq varsa, 34 manat, 3 uşaqları varsa, 51 manat veriləcək”.
İqitsadçı qeyd edib ki, 4 və ondan daha çox uşağı olanlara 345 manatın 20 faizi, yəni 69 manat əlavə veriləcək. Onun sözlərinə görə, əvvəl yalnız ixtisar edilmiş 70-in a və b bəndi aid idi, indi isə 68-ci maddə ilə əmək müqaviləsi bitənlərə də şamil olunacaq: “Eyni zamanda bu 3 ay ərzində veriləcək. Yəni bunu uşaqpulu adı ilə deyirlər, amma sadəcə bu müavinət 3 ay ərzində veriləcək. Amma 70-in a və b bəndi ilə çıxan işçilərə isə 6 ay verilir, sonrakı müraciət əsasında əlavə 3 ay da verilir. Bunların hamısı müvəqqəti ödəmələrdir”.