azia.az
azia.az

Azərbaycan Gimnastika Federasiyası 10 ən güclü federasiyadan biridir

4-03-2017, 12:26

Azərbaycan Gimnastika Federasiyası 10 ən güclü federasiyadan biridir


Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən "Fərqlənən" federasiyaların reytinq siyahısına daxil olub.

AGF-dən Trend-ə verilən məlumata görə, milli federasiyamızın fəaliyyətinin yüksək qiymətləndirilməsi beynəlxalq arenadakı nüfuzumuzu bir daha təsdiq edib.

Beynəlxalq Federasiyanın İcraiyyə Komitəsi il ərzindəki fəaliyyətinə - dünya çempionatları və kuboklarının təşkili, həmin yarışlarda qazandığı nəticələr, FIG rəhbər orqanlarının iclaslarının keçirilməsi, FIG Akademiyası hakimlik və məşqçilik kurslarının təşkili, o cümlədən sözügedən tədbirlərdə iştirakına görə seçilən federasiyaları xallar əsasında müəyyənləşdirir.

Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyası stabil olaraq, aktiv və peşəkar fəaliyyətinin nəticəsində ilin yekunlarına görə artıq 3-cü dəfədir (2014, 2015 və 2016) 10 ən güclü federasiya sırasında yer alır.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının tərkibinə 148 federasiya daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi