azia.az
azia.az

“Rusiyanın mövqeyində yumşalma görürük” - Əli Həsənov

14-06-2016, 05:24

“Rusiyanın mövqeyində yumşalma görürük” - Əli Həsənov “Avropada qaçqın problemi çox ciddidir. Bu problem bəlkə də kulminasiya nöqtəsinə çatıb. Azərbaycan dövləti bu problemin həllinə sistemli yanaşıb, Avropa istəyərsə, bizim təcrübəmizdən yararlana bilər”.

APA-nın məlumatına görə, bu sözləri Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov bu ilin aprelində Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatın qarşısının alındığını, 2-4 apreldə Azərbaycan Silahlı Qüvvələrinin torpaqları azad etməyə hazır olduğunu ortaya qoyduğunu söyləyib: “Mən həmişə ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid etmişəm. Amma son dövrlər münaqişənin tənzimlənməsinə münasibətdə Rusiyanın mövqeyində obyektiv yumşalma görürük. İndi Ermənistanda Rusiyaya qarşı çıxışlar etməyə başlayırlar. İrəvanda İkinci Dünya müharibəsində faşist rejiminə xidmət etmiş şəxsin heykəlini qoyublar. Bu gün Rusiya prezidentinin vasitəçiliyi ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü var. Ümid edirik ki, bu görüşdə irəliləyiş olacaq, proqnozlar da bunu göstərir. İnanırıq ki, Rusiya prezidenti obyektiv mövqe ortaya qoyacaq. Bu, gec-tez olmalı idi, daim belə qala bilməzdi, haqq-ədalət öz yerini tutur. Biz münaqişənin obyektiv həllini gözləyirik. Azərbaycan prezidenti erməni anlarının da gözüyaşlı qalmasını istəmədiyini bildirib, biz sülh tərəfdarıyıq. Ancaq Ermənistan prezidenti Serj Sarkisyan biri neçə il əvvəl erməni gəncləri ilə görüşdə dedi ki, Dağlıq Qarabağı aldıq, siz gənclər də Ağrı dağını alarsınız. Belə insanla necə Qarabağ problemini həll etmək olar?! Təsəvvür edirsiniz ki, bizim prezidentin Serj Sarkisyanla oturması necə çətindir”.
“Xəbərfakt”.Az”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi