Azərbaycanda ölmək neçəyə basa gələ bilər?
Allah sizə rəhmət eləsin ölülər. Bu qövmdə və bu diyarda ölmək, yer küresini tərk edib daha sirli bir aləmə qovuşmaq sizin yaxın qohumlarınıza cox baha başa gəlir. Bu məqsədlə çəkilən xərclər isə bilmirəm bir mövcudluq formasından başqasına keçmeyin, daha dogrusu bu dünyadan o biri dünyaya köç etməyin yol pulu, yoxsa ki, yer kürəsində yaşadıgınız günlərin kirayəsi və buranın hər hansı bir nemətindən istifadə etməyin ödeniş haqqıdır. Bunu mənim məntiqim hələ də təyin edə bilməyib, yalnız onu bilirəm ki, cox bahalı xidmətdir. Hər hansı rəhmətliyi bu dünyadan o biri dünyaya yola salmaq üçün sərf olunan pula və bu sektorda movcud qiymətlərlə baxanda adamın Azərbaycanda ölməyi də gəlmir vallah.
Belə ki, mərhum ruhunu təhvil verdiyi andan etibarən bu yas mərasimini təşkil etmək üçün molla, kəfən-dəfn pulu, qəbirstanlıqda torpaq pulu, sanki toy sufrələrinə bənzəyən ehsan süfrələri, yas pulu və sairə xərclər məhz bu məcburi yas xərcləri kateqoriyasına aiddir. Bu mərasimləri bəzən sözün əsl mənasında yola verən hal-hazırki bəzi mollalar isə bir başqa hekayədir. Belə ki, dünən evinizdə kafel-metlax vuran, hər hansı bir vulkanizasiyada təkər qaraldan və yaxud da spirtli içkilərin vaxtilə aludaçisi olan şəxsi bugün yas mərasiminin baş tərəfində oturub məclisi molla qismində apardıgını görsəniz, heç də təccüblənməyin. Bizim bəzi mollalar elə düşünür ki, yalnız Yasini üzdən oxumagı bacarırsa deməli kifayətdir. O ki, qaldı ərəbcə sözləri düzgün tələffüz edib oxuduqları surə və ayələrin hikmətini anlamaga bu isə artıq başqa mövzudur. Bunu əldəqayırma mollalar o biri dünyada ölülərlə özləri haqq hesab edib, Quranı niyə tələb olunan səkildə deyil təsfir olunmuş halda oxuduqlarını orada mərhumun özünə cavab verəcəklər. Amma bəlkə də bəxtləri gətirəcək, heç rəhmətliyin özünündə o vaxt başı qarışıq oldugu üçün ona gorə tapşırılan Quranın necə oxunduguna diqqətle qulaq asmağa vaxtı olmayacaq. Əsas diqqət çekən digər cəhət məhz bu Quran oxumaga görə istənilən puldadı, belə ki, ölkəmizdə bu xidmətin qiyməti heç kimə sirr deyil. Hətta son zamanlar Molla xidmətləri və mövcud bazardakı qiymətlərə deyəsən dünyada olan iqtisadi böhran və bahalaşma ciddi təsir edib, yəni tariflər artıq 3 ədədli rəqəm səviyyəsinə belə yüksəlib. Görəsən bu rəqəmləri kim təyin edir və bu nəyin qiymətidir. Göstərilən Molla xidmətinin qiymətidir, yoxsa oxunan Quranın dəyərıdır? Əgər xidmət haqqı kimi götürülürsə məncə mollalarımız elə də agır fiziki iş görmürlər ki, ona görə bu cür pul tələb etsinlər, yox əgər ikinci variantı əsas tutarıq bu məbləgi tələb edirlərsə o zaman onların üzrü günahından da betərdir. Çünki məncə Quranın dəyərı yoxdur, onun dəyəri heç bir rəqəm və ya heç bir ölçü vahidilə təyin oluna bilməz, hələ ki elə bir standart ölçü və ya rəqəm yoxdur ki, müqəddəs kitabların qiymətini təyin etsin. Bu en azı milli mənəvi dəyərlərə olan hörmətsizlik və etinasızlıqdır. Halbuki bizə
heç də uzaq olmayan cənubi Qafqaz ölkələrində molla məclisi idarə edib, Quran tapşırdığına görə simvolik olaraq bir cüt kişi corabı və bir cib yaylığı alır.Bu da yenə bizimlə digər xalqlar arasında olan növbəti təzad və dırnaqarası inkişafdır.Elə təsəvvür yaranır ki,sanki biz digər xalqlarla müqayisədə çox varlı və zəngin yaşayırıq, bu eyni əmələ görə bu fantastik qiymət fərqi ondan irəli gəlir. Hlbuki ay hörmətli din xadimlərimiz molla məhfumu özündə o qədər hikmətləri və əlamətləri cəm edir ki
! Belə ki, yalnız islam dininə və dinimizin fiqh elminə – yeni şəriət və islam qanunlarına yiyələnmiş, Quranı mükəmməl şəkildə mənimsəmiş, islam universitetlərində və mədrəsələrdə təhsil almış insanlar bu ada layıq görülə bilər.Bu insanların həqiqətən molla oldugunu sübut edən diplomların olması isə mütləqdir.Amma bir məqamı da qeyd edək ki, bir cəmiyyətdəki, qiyamət günündə bagışlanmayacaq 3 günahdan biri kimi qeybi söyləmək oldugu söylənildiyi halda məhz o müqəddəs kitablar ilə fala baxıb guya gələcəyi söyləyirlər,Qurandan bir neçə sətir oxumaga niyə qiymət qoymasınlar ki! Təbii ki, yas mərasimlərindən tələb olunan xərclər yalnız bununla bitmir, ekzotik meyvələr, yeni şirə növləri, curbəcur yeməklərdən ibarət yas süfrələri arxasında doyunca yeyib mərhumun ruhuna salavat cəkmək həqiqətən savabdır, tutalım bu cür yemək mərasimlərini əməli vaciblərə aid etsək, bəs görəsən əslində dövlətin balansında olan məzarlıq torpaqlarını satmaq, həm də baha qiymətə satmağı hansı əməllərin siyahısına yazaq. Burada da manopoliya, özbaşınalıq, rəhmətə getmiş şəxslərin vasitəsilə pul qazanmaq istəyi güclü şəkildə özünü biruzə verir. 500 AZN ve ondan yuxarı rəqəmlərlə ölçülən qəbirsanlıqda torpaq qiymətlərini təyin edən şəxlər ya bu qəbirsanlıqları da özəlləşdiriblər, ya da onların qarşısını ala biləcək bir qüvvə hələ ki, mövcud deyil. Halbuki Baki şəhər baş memarliq idarəsinin məsul şəxslərindən birinin yerli telekanallara bu torpaqların dövlət qiyməti haqda verdiyi açiqlamaya görə torpagın ölçüləri ilə təyin olunan qiymət preskurantı inanın ki, hal-hazırda bir az kobud çixsa qəbirsanliq torpaqlarının satışı sektorunda olan mövcud qiymətlərlə üst-üstə düşmür, bu qiymətlər haqda məlumatı olmayan və yaxud da bilib də əhəmiyyət verməyənlərin bir daha diqqətinə catdırırıq; 1m və ya 1m- 40 sm, 2m- 40sm torpagın dövlət rüsumu 49 manatdir, bütün qəbirsanlıqlar isə dövlət balansında oldugu üçün bu standart qiymətdir. Yəni münbit, qara, gil torpaq fərq etmir, hər kəsə və hər yerə aiddir. Bəlkə bu torpaqlari sataraq gəlir mənbəyi kimi istifadə edənlər bilmirlər, bu iş işbazların nəzərinə catdiraq ki, bu qəbirsanlıqlarda torpaq alanlar orada villa tikmək, nə isə təsərrufat yaradıb gəlir mənbəyi kimi istifadə etmək üçün deyil məhz hər- hansı bir yaxınını dəfn etmək üçün onun sonuncu mənzili olaraq buranı seçirlər. Belə olan təqdirdə bu insanların kədərinə və itkisinə ən azı anlayışla yanaşmaq lazımdır, fürsət kimi istifadə etmək lazım deyil. Başa düşrüəm ki, daha cox qazanc əldə etmək, firavan yaşamaq istəyi hər birimizdə var, bunlar isə daha cox həsəd və nəfsdən irəli gəlir. Nəfs isə şeytan azdırmasıdır, ona uymamaq, her an özünü bu həmlələrdən qorumaq məsləhət görülür. Məgər başqa gəlir yerləri yoxdur ki, dövlətin kisəsindən ogurluq edir və hər zaman ki, xasiyyətimiz olan özbaşınalıq və hərc-mərclik yaratmaq xüsusiyyətimizdən əl cəkmirik. Lakin qəbirsanliq manopoliyasında qiymətlərlə baglı acıqlamada başqa bir neçə rəqəm də diqqətimizi celb etdi. Belə ki, qəbrin qazılması iç hissəsinin daşla hörülməsi və üstünə plitələrin düzülməsinin qiyməti dövlət rüsumuna əsasən 63 manat olmalıdır, qeyri-millətlərdən olan şəxslər üçün bura tabutun düzəldilməsi də daxil olmaqla rüsum79 manatdır.Yəni üst-üstə gəlsən qəbirsanlıqda hər hansı bir yaxınımızı dəfn etmək üçün 112 manat xərc tələb olunur. Allah xatirinə bu nə qədər real ola bilər, bir dəfə də olsun qəbirsanlığa yolu düşmüş şəxsə bu rəqəmlər gülünc görunmürmü? Əsl qiymətlərə gəlincə, gəlin müqayisə edək, əslində qəbirsanlıqda torpaq almaq, qəbirin qazılması və basdırılma üçün çəkilən xərclərin cəmi 5000 manatdan yuxarı olur. Bu da hələ standart və stabil rəqəm deyil, belə ki, məzarın ölçüsündən, mişar daşı ilə əhatələnməsindən və tabutla dəfn olunmasından asılı olaraq dəyişir. Bir-birilə tamamilə zidd olan rəqəmlər insanı həqiqətən çaş-baş qoyur. Yenə də təzadlı faktlar, ağlasığılmaz və mübahisəli məsələlər qarşısında aciz qalırıq. Bilmirəm bu qiymətlər nəyə əsasən bu qədər şişirdilmiş vəziyyətə çatdırılıb, buna nəzarət edən qurumlar niyə hərc-mərcliyə göz yumur, bu qeyri-qanuni biznesə qarşı mübarizə aparmır? Hər hansı bir insan dünyasını dəyişəndə dinindən, irqindən, milli mənsubiyyətindən asli olmayaraq o insana hörmət əlaməti olaraq onu bacardığımız qədər şan-söhrətlə yola salmağa calışırıq, bu bizim milli bəlamız və qonşudan qalma dala prinsiplərimizin fəsadlarıdır, bəs görəsən bu qədər maliyyəyə sahıb olmayan insanlar neyləsin, dunyasını dəyişən yaxınlarını aparıb harda dəfn eləsin, hansısa dagın başında, ya da insan ayagı dəyməmiş meşəliklərdə ki onlardan bu torpaqlara görə pul istəyən olmasın? Həm Allahın hüzurunda hər kəs eynidir və bərabər hüquqludursa, hətta bəzən dinimizə görə qəbrin yerinin itməsi də məsləhət görülürsə o zaman bu təm-təraqlı məkan seçmələrə, şablon mərasimlərə nə ehtiyac var. Məncə hər hansı bir yaxınımıza olan sevgimizi subut etməyin ən yaxşı üsulu onun daim qəlbimizdə xoş sözlər və xatirələrlə yad etməkdir. O ki qaldı işbazlara görəsən onlar nə düşünürlər onların tamahına görə insanlar bu vəziyyətdən necə cıxış yolu tapmalıdılar. Kiminsə faciəsindən gəlir mənbəyi kimi və dövlətin mülkiyyətindən isə qeyri-qanuni şəkildə şəxsi istəyilə istifadə etmək həm Yaradan, həm insanlar həm de dövlət qarşısında cinayətdir, bu cinayətin cəzası ilahi ədalətlə yoxsa qanun çərçivəsində nizamlanacaq dəyə bilmərəm. Yeganə olaraq onu deyə bilərəm ki, ay Bəni Adəmlər Allah sizə hidayət versin və tamah, nəfsgirlik xəstəliklərindən qurtulmaq üçün Allah şəfa versin, yoxsa bu qədər yersiz düşüncələr və qara əməlllər tezliklə sizində yolunuzu o gəlir mənbəyiniz olan əraziyə salacaq.
Elçin Əzəmmədov