Şəhidlərin məzarları fərqli olacaq
Şəhidlərin məzarları digər məzarlardan fərqli olacaq.Harda dəfn olunmalarından asılı olmayaraq onların məzarlarında şəhid olduqlarını bildirən xüsusi əlamət olacaq.
Bununla bağlı artıq bir neçə təklif irəli sürülüb. Təkliflər Nazirlər Kabinetində müzakirə olunduqdan sonra qəbul olunacaq və bundan sonra bütün şəhidlərin məzarları seçiləcək.
Şəhidlərin məzarlarının fərqləndirilməsi üçün müxtəlif versiyalar və təkliflər də var. Onlardan biri Türkiyədə olduğu kimi şəhid məzarlarında ay-ulduzun həkk olunması və ya abidəsinin qoyulmasıdır.