azia.az
azia.az

S-400 raketləri ilə bağlı ABŞ-ın hansı planları var? – Şərh

1-05-2019, 10:09


Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin Türkiyə ixracı ilə bağlı məsələ artıq son mərhələyə qədəm qoyub. Türkiyə bir neçə ay sonra bu raketləri ala bilər. Əgər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı bu məsələləri dəyərləndirmək üçün ABŞ-Türkiyə birgə işçi qrupu yaradıldığı təklifi irəli sürülürsə bu o deməkdir ki, problemin həlli başqa şəkil almaqdadır.
S-400 raketləri ilə bağlı ABŞ-ın hansı planları var? – Şərh
Bunu Azia.az açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, hər halda məsələlər əvvəlki kimi qarşıdurma həddində deyil:

“Görünür, S-400 raketlərinin alınması ilə bağlı ABŞ-ın özünün də hansısa planları var. Bu planı Rusiya ilə birgə reallaşdırmaq istəyir. Əlbəttə, S-400-lərin ümumi xarakteristikası öyrənilə bilər. Yəni onun bir silah kimi zəif və üstün cəhətləri araşdırla bilər. Bu araşdırma nəticəsində Amerika tərəfinin Rusiya silahının həm zəif, həm də güclü tərəflərini öyrənməsi mümkündür. Eyni zamanda özlərinin istehsal etdikləri “Patriot” raketləri ilə S-400-lərin müqayisəsi aparıla bilər. Bu müqayisə əsasında hansı silah növünün daha böyük üstünlüyə malik olması haqqında qərara gəlmək mümkündür. Zənnimcə, ABŞ-Türkiyə birgə işçi qrupu bu işlərin araşdırılmasını həyata keçirə bilər”.

Q.Hüseynli qeyd edib ki, ABŞ tərəfinin bu silah növünü öyrənməklə gələcəkdə ondan “Patriot” raketlərinin istehsalı zamanı da yararlanması ağlabatan görünür:

“Bu informasiyanın cəmiyyətə sızdırıldığı mövcud şəraitdə Rusiyanın onu Türkiyəyə satıb-satmayacağı sualına cavab vermək o qədər də asan məsələ deyil. Ümumiyyətlə bu çox qarışıq, dolaşıq məsələdir və bunun içərisindən çıxmaq o qədər də asan məsələ deyil. Yəqin ki, ABŞ S-400-lərin taleyini birdəfəlik həll etmək üçün nələrsə fikirləşib”.

Qeyd edək ki, aprelin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon söhbəti olub. R.T.Ərdoğan söhbət zamanı Rusiya istehsalı olan “S-400” raket sisteminin idxalı üçün işçi qrupu yaratmaq təklifini irəli sürüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi