azia.az
azia.az

Pezeşkian da Azərbaycana gələcək

3-06-2025, 18:31

İran prezidenti Məsud Pezeşkianın yaxın zamanlarda Azərbaycana növbəti səfəri planlaşdırılır.

Bu barədə Ölkə.az-a diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, hazırda diplomatik kanallarla səfər proqramı üzərində iş gedir. “Səfər iyul ayının əvvəlində baş tutacaq. O, Bakıda İƏT-in Zirvə görüşündə iştirak edəcək. Səfər çərçivəsində İran prezidenti Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə   görüşü nəzərdə tutulub. Pezeşkianın Zirvə görüşü çərçivəsində digər dövlət başçıları ilə ikitərəfli görüşləri planlaşdırılıb”, - diplomatik mənbə qeyd edib.

Onu da qeyd edık ki, prezident Pezeşkian aprelin 28-də Azərbaycanda səfərdə olarakən özü çox yaxın gələcəkdə yenidən ölkəmizə səfər edəcəyini bəyan edib.

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib: "Çox yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyəm. İranda baş verən partlayış səbəbi ilə səfəri qısa zaman ərzində başa çatdırmalıyam. Yaxın gələcəkdə Azərbaycana baş tutacaq səfərimdə bir neçə gün qalmağa çalışacağam".

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi