azia.az
azia.az

Xəzər Dəniz Gəmiçiliyi yeni tender elan edib

15-06-2017, 15:30

Xəzər Dəniz Gəmiçiliyi yeni tender elan edib


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC paranit, rezin, kipləyicinin və əyləc lenti, plastmas boru və santexnika malları, mətbəx ləvazimatları, polad künclüklər, şveller və ikitavrlar, əlvan təbəqələr, metal torlar və məftillər, mis borular, akkumulyatorlar və bolt, qayka, şurup, mismar və xamutların alınması məqsədilə açıq müsabiqə elan edib.

azia.az "Report"a istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Sənədlər iyunun 21-i saat 18:00-dək Bakı şəhəri, M.Rəsulzadə küçəsi,5 ünvanına təqdim edilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi