azia.az
azia.az

Rusiya azərbaycanlı generalı Bakıya nümayəndə TƏYİN ETDİ

8-01-2025, 12:06

Dağıstanın Bakıdakı nümayəndəliyinə yeni rəhbər təyin edilib.

Modern.az-ın məlumatına görə, bu barədə qərarı Dağıstanın rəhbəri Sergey Məlikov imzalayıb.

Qərara əsasən, Rusiya Qvardiyasının general-mayoru Əliyar Tanrıverdi oğlu Abdullayev respublikanın Bakı üzrə nümayəndəliyinə rəhbərlik edəcək.

Abdullayev Rusiya Milli Qvardiyasının Volqa dairəsi komandirinin müavini vəzifəsində çalışıb. Onun etnik azərbaycanlı olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi