Əfv siyahısı prezidentə göndərildi
"150 şəxs barəsində müsbət rəyə gəldik"
Prezident yanında Əfv Komissiyası 400-dən çox müraciətə baxıb. Bu barədə komissiyasının üzvü Rəşad Məcid məlumat verib. O bildirib ki, onlardan təxminən 150-i müsbət rəy alaraq siyahıya daxil edilib və prezidentə təqdim edilib: “Müraciətlərə baxdıq. Barələrində müsbət rəy olanları cənab prezidentə təqdim etdik. Təbii ki, son qərar ölkə başçısına aiddir”