İkiqat Terror Hücumu ilə Sarsıdılan İrandan Türkiyəyə Gözlənilməz Ziyarət
Dünya ictimaiyyəti bu səhər İran Parlamenti və Xomeyninin məqbərəsinə qarşı hücumları müzakirə edərkən İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, bu axşam saatlarında Ankaraya gedəcək.
azia.az Türkiyə KİV-ə istinadən bildirir ki, Diplomatik mənbələrdən alınan məlumata görə, Zərif, Türk rəsmiləri ilə ikitərəfli və Suriya başda olmaq üzrə regional məsələləri müzakirə edəcək.
Nazirin axşam saatlarında Ankaraya gəlməsi və həmkarı Mövlud Çavuşoğlu ilə görüşü gözlənilir.