azia.az
azia.az

Moskva və Tehranın təhlükəsizlik və müdafiə sahəsində SAZİŞ İMZALAYIR-LAVROV

29-12-2024, 10:13

Rusiya və İran arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanmağa hazırdır.


Xəbər verilir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu saziş Suriyadakı vəziyyət fonunda heç bir düzəliş tələb etmir.

Lavrov qeyd edib ki, Rusiya və İran arasında yeni sazişdə Moskva və Tehranın təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq səyləri də təsbit olunacaq.

"Mətni çoxdan hazır olan və tərəflərin razılaşdırdığı yeni “böyük” saziş hərtərəfli, uzunmüddətli və “bütün hava şəraitinə uyğun” xarakter daşıyır və bu mənada heç bir düzəliş tələb etmir. Saziş ikitərəfli münasibətlərdə son illərdə əldə edilmiş misilsiz tərəqqinin hüquqi cəhətdən möhkəmləndirilməsi və onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün nəzərdə tutulub. Təbii ki, belə əhatəli sənədin həm də beynəlxalq komponenti var.

O, digər məsələlərlə yanaşı, regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirir, Moskva və Tehranın təhlükəsizlik, müdafiə, terrorizm və ekstremizmə, bir çox digər ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə sahələrində daha sıx əməkdaşlıq etmək istəyini təsdiq edir. Prinsipcə, bu və ya digər dərəcədə bütün bunlar indi həyata keçirilir.

Bununla belə, növbəti yüksək səviyyəli təmas zamanı tezliklə baş tutacağını gözlədiyimiz sazişin imzalanması Rusiya-İran tərəfdaşlığının prioritet sahələrdə daha da genişləndirilməsi üçün əlavə imkanlar açacaq", - Rusiya XİN başçısı vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi