Amerikada bu günə qədər bir ənənə var idi. Demək olar ki, hər Ramazan bayramında xarici işlər nazirləri oradakı müsəlmanlara iftar verərdilər. Amma bu Ramazanda ABŞ Dövlət Katibliyi bu iftarı ləğv edib.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bəs deyirdiniz ki, ayrı-seçkilik yoxdur? Əqidə azadlığına qarşı deyildiniz? Bəs bu etdiyiniz nədir? İndi bizim də təbii ki, baxışımız istər-istəməz dəyişir. Biz reallığa baxarıq, sözə deyil. Misirdə yalnız dinə görə xristianlara hücum edənlər necə terrorçu olursa, Amerikada da dinə görə o, qadınlara hücum edənlər, onları müdafiə edən şəxs və ya şəxslər də terrorçudur", - Ərdoğan qeyd edib.