Putin və Pezeşkian hazırki durumu müzakirə edəcəklər
Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Aşqabadda gözlənilən görüş zamanı ikitərəfli münasibətləri, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.
Xəbər verilir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, bunun prezidentlərin ilk görüşü olacağını xatırladıb və danışıqların gündəliyində ilk növbədə Rusiya-İran münasibətlərinin olduğunu qeyd edib.