azia.az
azia.az

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

7-10-2024, 21:22

Gürcüstan nümayəndə heyəti AŞPA-nın gündəliyinə Azərbaycanın qatılmadığı debatların daxil edilməsinə etirazını bildirib.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze deyib.

G.Mikanadze Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesini də şərh edib: "Bu saziş təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün sülh mühitinin formalaşması üçün vacibdir, çünki bu region üçün effektiv təminatlar yaradacaq".

Onun sözlərinə görə, Gürcüstan sülh sazişinə gətirib çıxara biləcək istənilən prosesdə vasitəçi kimi çıxış etməyə hazırdır.

“Biz mümkün qədər tez sülh sazişinin imzalanmasını gözləyirik, Gürcüstan həmişə sülhün vacib olduğu yanaşmaya sadiqdir və öz töhfəsini verməyə hazırdır”, - Mikanadze vurğulayıb.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırmaq qərarını elan edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi