azia.az
azia.az

İran, Rusiya və Türkiyə XİN rəhbərləri Suriya ilə bağlı növbəti görüş keçirib

28-09-2024, 09:13

İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri Abbas Əraqçi, Sergey Lavrov və Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Suriya üzrə Astana formatında görüş keçiriblər.

“Report”un məlumatına görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Qazaxıstan hakimiyyəti ilə razılaşdırılaraq Suriya üzrə 22-ci beynəlxalq görüşü təşkil etmək niyyətlərini təsdiqləyiblər.

Xarici işlər nazirliklərinin rəhbərləri Suriyada və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıb, bu ölkədə uzunmüddətli normallaşma vəzifələrini diqqətə çatdırıblar.

Astana prosesinin təminatçısı olan ölkələrin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında hərtərəfli nizamlanmasına kömək etmək üçün birgə səylərini davam etdirmək əhval-ruhiyyəsi təsdiqlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi