azia.az
azia.az

“Ermənistan hakimiyyəti artıq Rusiyadan qorxur, buna görə Kazan səfərinə razılaşıb” - Karen Köçəryan

17-09-2024, 23:42

İlham Əliyevin Ermənistan ərazisindən keçən dəhliz məsələsini təxirə salması ilə bağlı açıqlamasının gizli məqamları var.

Xəbər verilir ki, bunu siyasi strateq Karen Köçəryan NEWS.am-ın müxbiri ilə söhbətində deyib. 

“Məncə, razılaşmalar olub və İlham Əliyev Ermənistandan keçməklə dəhliz məsələsini rusların “cibinə qoyub”. Azərbaycan məsələni tamamilə başqa müstəviyə keçirib ki, Ermənistan yenə nəyisə itirsin”, deyə o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı ritorikasının dəyişməsi onların qorxuları ilə bağlıdır və buna görə də Kazan səfərinə razılaşıblar.

“Amma onların qorxuları bununla bitmir, indi o qorxu Qərbdən gəlir. Hansı ki, onlar müxtəlif şeylər vəd edirdilər. Ermənistandakı vəziyyət, təəssüf ki, xeyli vaxtdır ki, xarici oyunçulardan asılıdır. Ermənistan o qədər suverendir ki, təkbaşına heç nə edə bilmir”, – ekspert əlavə edib.

İlkanə Şəvəqqət,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi