azia.az
azia.az

Millət vəkili Q.Paşayeva Yaponiya Baş Nazirinin xüsusi müşaviri, partiya rəsmiləri, bələdiyyə başqanları ilə Qarabağdan danışıb.

23-05-2017, 12:49

Millət vəkili Q.Paşayeva Yaponiya Baş Nazirinin xüsusi müşaviri, partiya rəsmiləri, bələdiyyə başqanları ilə Qarabağdan danışıb.


Millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Yaponiya Baş Nazirinin xüsusi müşaviri, Yaponiya Parlamentinin Müşavirlər Palatasının deputatı Yasutoshi Nishimura, Yaponiya Liberal Demokrat partiyasının rəsmisi, sabiq dövlət naziri Masako Mori, Yokohama meri xanım Fumiko Hayashi, 2017 Ümumdünya Qadın Sammiti Təşkilat Komitəsinin sədri Noriko Nakamura və bu ölkənin fəal ictimai qadınları ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb.
azia.az bildirir ki, görüş zamanı Qənirə Paşayeva Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, xüsusən də parlamentlərarası əməkdaşlığımızın daha da genişlənməsinin məmnuniyyətverici olduğunu vurğulamışdır. Millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Müzakirələr zamanı millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Q.Paşayeva ölkəmizin hal-hazırki iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən, Respublikamızda kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafına yüksək önəm verildiyi, Azərbaycanda qadınların cəmiyyətdə geniş rolu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətlərdə gördüyü işlər haqqında geniş məlumat vermişdir. Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Q. Paşayeva görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatlar vermiş, Azərbaycanın ədalətli mövqeyini onların diqqətinə çatdırmışdır. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Yaponiya Prezidentinin xüsusi müşaviri, Yaponiya Parlamentinin Müşavirlər Palatasının deputatı Yasutoshi Nishimura , Yaponiya Liberal Demokrat partiyasının rəsmisi, sabiq dövlət naziri Masako Mori, Yokohama meri xanım Fumiko Hayashi, 2017 Ümumdünya Qadın Sammiti Təşkilat Komitəsinin sədri Noriko Nakamura və bu ölkənin fəal ictimai qadınları ilə görüşdə onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr, materiallar təqdim edərək onları Azərbaycanda hər zaman görəcəyimizdən məmun olacağımızı deyib. Görüşlər zamanı Yaponiya rəsmiləri Azərbaycanla dost münasibətlərin inkişafından məmnun olduqlarını bildirərək bu əməkdaşlığın inkişafına töhfə verməkdən hər zaman məmnun olacaqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi