azia.az
azia.az

Bəstəkar dövlət məmurunu məhkəməyə verdi

23-05-2017, 11:33

Bəstəkar dövlət məmurunu məhkəməyə verdi


Bir çox mahnıların müəllifi Tural Bayraməliyev biznes ortağı Şadiyə Salehlini məhkəməyə verib[center]Bəstəkar dövlət məmurunu məhkəməyə verdi[/center].

“Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Ş.Salehli bir neçə gün öncə T.Bayraməliyevin şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dolları pulunu aldığı barədə mətbuata məlumat vermişdi.

Ona iftira atıldığını və bu iddianı əsassız sayan Tural Bayraməliyev şərikini məhkəməyə verib: “Heç bir əsası olmayan iddia irəli sürüb. Nüfuzuma xələl gətirməyə çalışıb. Külli miqdarda faizə pul buraxan bu xanım haqqında mənim də irəli sürəcəyim iddialarım var. Amma bunun hüquqi müstəvidə çözülməsinə çalışacam. Onun barəmdə söylədiyi fikirlərin sübutu yoxdur. Şərikli işlədiyimiz zamanda mənim ona borcum qalmayıb. Sübut edəcəm ki, dələduz mən yox, onun özüdür. Nüfuzuma xələl gətirdiyi üçün məhkəmədə ondan 500 min manat təzminat tələb edəcəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi