azia.az
azia.az

Bakı-2017: Azərbaycan idmançısı zorxana yarışının qalibi oldu

21-05-2017, 11:50

Bakı-2017: Azərbaycan idmançısı zorxana yarışının qalibi oldu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən zorxana yarışında Azərbaycan idmançısı qələbə qazanıb.

Trend-in məlumatına görə, səngi yarışında idmançımız Rüfət Güləliyev 456 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri 444 xalla iranlı zorxanaçı Mobin Zibalaqha, üçüncü yeri isə Tacikistan təmsilçisi Navruz Arabov (321) tutub.

Bu, Azərbaycanın İslamiadada qazandığı 68-ci qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi