azia.az
azia.az

Cüdoçulara medalları İlham Əliyev təqdim etdi

15-05-2017, 16:40

Cüdoçulara medalları İlham Əliyev təqdim etdi


Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi idmançılardan ibarət cüdo komandalarının yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Unikal.org-un məlumatına görə, qalib komandalara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Komanda yarışında Azərbaycan yığması finalda əlcəzairli rəqiblərinə qalib gəliblər.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi