azia.az
azia.az

Bu deputatlar SEÇKİ barədə QƏRAR verdi

2-07-2024, 12:10

Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsinə dair Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək. Yəni, namizədliyi irəli sürüləcək şəxlərin sənədlərinin təqdim olunması proses iyulun 13-dən başlayacaq və avqustun 2-si 18:00-da yekunlaşacaq.

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar. Yəni, seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da dayandırılacaq.

Şübhəsiz ki, VI çağırış Milli Məclisin üzvləri olan deputatların böyük əksəriyyəti yenidən seçilmək, millət vəkili mandatını daha 5 il daşımaq arzusundadırlar. Ola bilsin bunu istəməyənlər, "artıq təqaüdə çıxmaq vaxtıdır",- deyə düşünənlər də var. Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar hazırda yuxarıdan veriləcək qərarı gözləyirlər. Bəs bitərəf deputatalr necə?

Modern.az saytı VI çağırış Milli Məclisin bəzi bitərəf deputatlarını sorğulayaraq, yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrəməyə çalşıb.

Bitərəf deputat Vahid Əhmədov bildirib ki, seçkilərdə iştriak edib-etməyəcəyi ilə bağlı qərarı bir-iki günə verəcək:

"Növbədənkənar parlament seçkilərində iştirak edib-etməməklə bağlı qərarı bu gün-sabah verəcəm. Mən həmişə 52 saylı Quba seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Əgər bu dəfə də seçkilərdə iştirak etsəm, yenə də 52 saylı Quba seçki dairəsindən namizədliyimi irəli sürəcəm. Yenidən namizəd olmağım üçün əhalidən mənə çoxlu müraciət gəlməkdədir".
 

Deputat Aqil Abbas namizədliklə bağlı məsələni Qarabağdan olan seçicilərlə müzakirə edəcəyini deyib:

"Mən Qarabağ bölgəsindən deputat seçilmişəm. Gedib Qarabağ camaatı ilə, yəni seçicilərlə görüşüb soruşacam ki, "məni yenidən deputat görmək istəyirsinizmi?”. Onlar razılıq versələr, gəlib deputatlığa namizədliyimi irəli sürəcəm".

Deputat Rasim Musabəyov seçkilərdə yenidən iştirakla bağlı hələlik qərar vermədiyini qeyd edib.

Bitərəf Etibar Əliyev isə vurğulayıb ki, budəfəki seçkilərdə də mütləq iştirak edəcək.

"Əlbəttə ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürəcəm".
 
Dəqiq qərar verməyən bitərəf deputatlardan biri də Rüfət Quliyevdir.
 
"Parlament seçkilərində iştirakla bağlı son fikrim formalaşmayıb. Təxminən 10 günə bu istiqamətdə qəti qərarımı verəcəm",- o deyib.
 
Digər bitərəf parlamentari Musa Qasımlı da sorğumuza "seçkilərdə iştirak edəcəm", - deyə cavab verib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi