azia.az
azia.az

“Rusiyanın qalib gəlməsi mümkün olmadığı kimi, məğlub olması da mümkün deyil, pat vəziyyətidir” – Natiq Cəfərli

18-06-2024, 14:17

“Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində yaranmış pat vəziyyətindən çıxış yolu lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli istiqamətləri açıqlayıb: “Rusiya nəyə qane ola bilər: 1) Ukrayna NATO-ya daxil olmaq fikrindın vaz keçir, neytral ölkə statusu alır, 2) Krımı Ukraina və Dünya Rusiya torpağı kimi tanıyır, 3) Qondarma "DXR və LXR" öz ilk "sərhədlərində" qalır, 4) Qondarma qurumlardan Krıma quru yol verilir, dəhliz yaradılır (rusların Azərbaycanda yaratdığı Laçın "dəhlizi" kimi), 5) Krıma verilən su kəsilmir, 6) Azov dənizində Ukrayna hərbi gəmiləri və ifrastrukturu olmur. Ukrayna nəyə qane ola bilər: 1) Ukrayna NATO ya daxil olmur, amma Avropa Birliyinə üzv olmasına zəmanət verilir, 2) AB və ABŞ Ukrayna ilə bağlı yeni "Marşal Planı" qəbul edir, cəmi 5-8 ilə Ukrayna güclü inkişaf edən, sosial vəziyyəti çox yaxşı olan ölkəyə çevrilərək Rusiya üçün rol-modelə çevrilir və bunun üçün əsas maliyyə qaynağı elə Rusiyanın dondurulan və müsadirə ediləcək vəsaiti olur, 3) Neytral statusu bir şərtlə - ölkə suverenliyinə beynəlxalq zəmanət verilməklə qəbul edir. Qərbi nə razı sala bilər: 1) Rusiya işğalı dayandırır, atəşkəs elan olunur, 2) Rusiya tam izolyasiya olunur, amma Kreml ancaq "DXR və LXR" ərazisi ilə kifayətlənib ora çəkilirsə, məsələn, Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitinin bir qismi geri qaytarılır, 3) Ukrayna neytral status alır, amma AB üzvü kimi ikitərəfli müqavilələrlə (Avstriya, Finlandiya, İsveç modeli) öz təhlükəsizliyi üçün zamanətə də nail olur, 4) Uzun izolyasiya nəticəsində Rusiyada ya saray çevrilişi olur, ya da ölkə müqavimət göstərməyə qadir olmayacaq qədər zəifləyir, amma tam dağılmır. Bir daha, rasional, emosiasız düşünsək, bu müharibədə Rusiyanın klassik anlamda qalib gəlməsi mümkün olmadığı kimi, məğlub olması da mümkün deyil - pat vəziyyətidir, çıxış yolu qarşılıqlı güzəştlərdir. Amma Rusiya bir ömürlük Ukraynanı, bu xalqı itirdi, bütün körpüləri, sözün hər mənasında, yandırdı - uzun, geosiyasi və iqtisadi anlamda Rusiyanın total məğlubiyyəti qaçılmazdır...”

 

Nadir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi