azia.az
azia.az

Prezident SSRİ-yə qələbə gətirən veteranları andı

9-05-2017, 10:41

Prezident SSRİ-yə qələbə gətirən veteranları andı

Ali Baş Komandan faşizm üzərində qələbənin ildönümü münasibətilə keçirilən mərasimdə iştirak edib

Alman faşizmi üzərində qələbədən 72 il ötür. Azərbaycanda da 9 May - faşizm üzərində Qələbə Günü təntənə ilə qeyd edilir.

İstiPress-in məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak edib.

Müharibə veteranları ilə görüşən dövlət başçısı onları Qələbə Günü münasibətilə təbrik edib.

Azərbaycan prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, ailə üzvləri ilə görüşüb.

Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.

Prezident SSRİ-yə qələbə gətirən veteranları andı

İlham Əliyev veteranlarla görüşüb (2016-cı il)

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.

İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi