azia.az
azia.az

"Bu, Azərbaycan Prezidentinin qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir"

3-05-2017, 11:33

"Bu, Azərbaycan Prezidentinin qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir"

"Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər şeydən öncə Azərbaycan Prezidentinin qlobal təşəbbüsü və qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, bu forumun tərəfdaşları UNESCO, İSESCO, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlardır, o zaman biz bu forumun nə qədər əhəmiyyətli və nüfuzlu bir tədbir olduğu haqqında daha düzgün qənaətə gəlmiş olarıq".

"Bu, Azərbaycan Prezidentinin qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir"


Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, politoloq Hikmət Babaoğlu sabahdan Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı fikirlərini bölüşərkən bildirib.

"Bu, Azərbaycan Prezidentinin qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir"


Millət vəkilinin fikrincə, Azərbaycanın artıq dünyanın ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevrilir: "Forum artıq 4-cü dəfədir ki təşkil olunacaq. Keçirilən bu tədbirlərdə mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün çoxsaylı fikirlər səsləndirilir, ideyalar irəli sürülür. Bütün bunlar əslində beynəlxalq münasibətlər sisteminin yeni və daha hümanist gələcəyinin inşa edilməsinə xidmət göstərən mədəni seqmentlər rolunu oynayır. Forumda eyni zamanda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq. Bütün bunlar bir daha ölkəmizin dialoq məkanı kimi qlobal çağırışlara verdiyi töhfə olmaqla bərabər, həm də ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevrildiyindən xəbər verir. Şübhəsiz, bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi strategiyasının mühüm mədəni komponentlərindən biri kimi səciyyələndirilməlidir".

"Bu, Azərbaycan Prezidentinin qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir"


Qeyd edək ki, 4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir və digər dövlətlərin mədəniyyət nazirləri iştirak edəcək.

"Bu, Azərbaycan Prezidentinin qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir"


Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.

Xatırladaq ki, forum Azərbaycan Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində artıq 4-cü dəfədir ki, təşkil olunur.

İlkin İzzət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi