azia.az
azia.az

Paşinyan ərazi bütövlüyünü tanıyan ilk şəxsdir - Çirielli

3-12-2023, 10:07

Prezident İlham Əliyev çox praqmatik insandır və Azərbaycan beynəlxalq hüquqazidd olan hər hansı bir addımı qəti şəkildə istisna edir.

"Azia.az" xəbər verir ki, bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli “Formiche” qəzetinə müsahibəsində deyib.

Nazir müavini qeyd edib ki, Nikol Paşinyan Ermənistanın rəsmiləri arasında BMT-nin müxtəlif qətnamələrinin dəfələrlə təsdiq etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk şəxsdir. Ondan əvvəlki Ermənistan hökumətləri heç vaxt belə mövqe tutmayıb, lakin hələ də Ermənistanda qatı millətçi olan hakim sinif, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr, Ermənistanın hüdudlarından kənarda yaşayan, problemlərdən və mövcud vəziyyətdən həqiqətən xəbərsiz olan güclü erməni icmaları var. Onlar həm də insanların daha asan qəbul etdikləri səbəblərə istinad mənbəyi kimi baxırlar, çünki onlar erməni diasporunun qatı millətçi və şovinist baxışlara malik övladları və nəsilləridir.

O əlavə edib ki, ötən əsrin əvvəllərində ermənilərə münasibətdə baş verənlərlə azərbaycanlıların heç bir əlaqəsi yoxdur, buna görə azərbaycanlılar heç bir məsuliyyət daşımırlar. Onlar, sadəcə, müsəlman olduqları üçün başqalarının günahlarına görə cavab verə bilməzlər.

“Üstəlik, biz yaxşı bilirik ki, Azərbaycan müsəlman dünyasının ən dünyəvi və tolerant ölkələrindən biridir. Bu, onun fərqləndirici xüsusiyyətidir. Odur ki, dindən xalqlar arasında münaqişə elementi kimi istifadə etməməyə çalışaq”, - deyə E.Çirielli bildirib.(Axar.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi