Azərbaycanın XİN başçısı BMT-nin Baş katibi ilə görüşəcək
BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək.
Bu barədə report-a BMT Baş katibinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sabah baş tutacaq görüşdə BMT və Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərin müzakirəsi nəzərdə tutulub.