azia.az
azia.az

Ermənistan məğlubiyyətini etiraf etdi – Ağdam-Xankəndi yolu reallığa çevrilir

17-08-2023, 08:00

“Fikrimcə, BMT TŞ-nin iclasında müzakirə və əksər çıxışlar Qarabağdakı vəziyyətin ciddiliyinə və intensivliyinə uyğun deyildi. Çıxışların çoxu təkrar idi”.

Bunu siyasi ekspert Tatev Ayrapetyan bildirib. 

O bildirib ki, “Bütün nümayəndələr arasında Fransanın çıxışı ən aydın idi. Bu, çox böyük səhv idi ki, etnik təmizləmənin real təhlükəsindən söz açılmadı. Beynəlxalq mexanizmlər vasitəsilə Bakı-Xankəndi dialoqundan da söz açılmayıb. Yalnız Rusiya tərəfi dialoqa eyham vurub, təbii ki, beynəlxalq mexanizmlərdən danışmayıb”.

T.Ayrapetyanın vurğulayıb ki, artıq Ağdam-Xankəndi yolu reallığa çevrilir: “Bəzi ölkələrin nümayəndələri Laçından başqa marşrutlardan istifadəyə çağırıb, bəziləri isə Ağdam yolunun verilməsini qeyd ediblər. Bunun səbəblərindən biri də odur ki, Ermənistan tərəfinin nümayəndələri onların mandatlarının olmadığını deyib. Bu mövzu ilə bağlı İrəvan aydın əks-arqumentlər təqdim edə bilmirlər. Azərbaycan tərəfi isə çox ustalıqla bu məsələni tez bir zamanda gündəmə gətirib.

Xülasə olaraq deyə bilərəm ki, real fəaliyyətdən söhbət getməyənə qədər Bakı beynəlxalq zənglərə qulaq asmayacaq və dəhlizin açılışına getməyəcək”.

Sevinc Paşayeva,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi