azia.az
azia.az

Sergey Narışkin: “Biz Heydər Əliyevin vəsiyyətləri ilə yaşayacağıq”

16-05-2023, 08:52

“Heydər Əliyev çox heyrətamiz insan idi. O, həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın həyatında çox böyük rol oyanyıb”.

Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan rəsmi qəbulda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskvada 100 illik yubileylə bağlı silsilə tədbirlərin keçirilməsi faktı onu göstərir ki, Rusiyada Heydər Əliyevin xatirəsi çox əziz tutulur.

“Heydər Əliyev Rusiya və Azərbaycanın dostluğu, əməkdaşlığı, ölkələrimiz arasında mehriban qonşuluq əlaqələrinin inkişafı üçün çox böyük işlər görüb. Biz Heydər Əliyevin vəsiyyətləri ilə yaşayacağıq”, - deyə Narışkin vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi