azia.az
azia.az

Mariya Zaxarova: “Heydər Əliyev Rusiya ilə Azərbaycanı bir-birinə bağlayır”

16-05-2023, 08:48

“Heydər Əliyev Rusiya ilə Azərbaycanı bir-birinə bağlayır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan rəsmi qəbulda jurnalistlərə açıqlamasında bildirib.

“Rusiya ilə Azərbaycanı bir-birinə nə bağlayır soruşanda adətən yüksək səviyyəli siyasi münasibətləri, humanitar və mədəni əlaqələri, birgə tariximizi sadalayırlar. Mən isə deyərdim ki, bütün bunların konkret təccəssümü Heydər Əliyevdir. Əgər onun taleyini götürsək, onun həyat yolunu və professional nailiyyətlərini həm Azərbaycanın, həm də Rusiyanın taleyindən ayırmaq mümkün deyil. Bilirsiz, bu günlərdə Heydər Əliyevlə bağlı çox şey xatırladıq. Onun Sovet İttifaqının rəhbərlərindən biri kimi gördüyü işləri, ölkənin regionlarının inkişafına verdiyi töhvələri xatırladıq. Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, o, özünün getdiyi yolu davam etdirən və bu yolu təkrarlayan oğul yetişdirib. Çox layiqli, peşəkar və tarix yaradan insanlar olub. Lakin öz oğlu ilə bu tarixi yaşatmağı bacarmaq hər kəsə nəsib olmayıb. Məncə, məhz bu məqam onun böyüklüyünün həqiqi göstəricisidir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin söçzüsü qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi