Poqosyan: "Nikol Əliyevə deyir ki, qardaş, mən səninlə müqavilə bağlayacağam"
“Nikol Paşinyan nə mənə, nə də xalqa müraciət eləmir. O, Əliyevə səslənir: “Qardaş, dost, mən sənə deyirəm, səninlə müqavilə bağlayacam”. O, Çin heroqlifləri ilə danışmır, bunu açıq-aşkar deyir”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Vladimir Poqosyan müsahibəsində açıqlayıb. O, daha sonra vurğulayıb: “Nikol Paşinyan Əliyevə söz verib ki, onun şərtləri daxilində müqavilə bağlamağa hazırdır. 29 min 800 kv.metrlik ərazisi olan Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qarabağ isə özü Azərbaycanla anlaşsın. İndi mən bu sözü rusca tərcümə edirəm.
Paşinyan bununla demək istəyir ki, əgər sənin ərazi bütövlüyünü tanıyıramsa, deməli, Qarabağı da sənin ərazin kimi qəbul edirəm. Əliyev, sən özün get öz vətəndaşlarınla razılaş. İndi gərək Paşinyan erməni xalqına birbaşa desin ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır?! Əgər Paşinyan belə bəyanat verirsə, deməli, o, özünü dalana dirəmiş olur. Əliyev qələbə qazanıb. O nə edib? Paşinyana deyib ki, sən demədin ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsan?! Gəlin, haşiyə çıxaq. Əgər bir ölkənin suverenliyini tanıyırsansa, bu, qeyd-şərtsiz olmalıdır.
Məsələn, yaponlar Kuril adalarını Rusiya ərazisi kimi tanımadığına görə, hələ də Rusiya ilə sülh müqavilələri yoxdur. Deməli, Əliyev deyir ki, sən ki bizim dövlətin ərazi bütövlüyünü tanıdın, onda dur bəyan elə ki, Qarabağ Azərbaycandır və nida. İndi Nikol Paşinyan nə etməlidir?! O ya bəyanat verməlidir ki, Qarabağ Azərbaycandır, ya da bəli, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, amma… və… yox nə bilim nə. Ya da yeni müharibəyə başlasın. Onsuz da Brüssel də, Moskva da deyib ki, Qarabağ Azərbaycandır”.
Natiq Səlim,