Arsrun Ovannisyan: "O vaxt Zəngilanı aldığımızı yalan demişəm"
“O vaxt Zəngilanı aldığımızı yalan demişəm”.
Azia.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Arsrun Ovannisyan məhkəmədə ifadə verərkən deyib. O bildirib ki, Zəngilanı geri qaytardıqlarını yalan deyib.
Bu barədə 44 günlük müharibə ilə bağlı cinayət işinin təfərrüatları ilə tanış olan və bəzi təfərrüatları ictimaiyyətə təqdim edən vəkil Vaan Ovannisyan öz Facebook səhifəsində yazıb.
“44 günlük müharibədən sonra Arsrun Ovannisyan haqqında o qədər danışıldı ki, deyəsən, daha deməyə bir şey yoxdur, amma…
Ötən gün işin materialları ilə tanış oldum və diqqətçəkən məlumatlara rast gəldim.
Belə ki, 19-20 oktyabr 2020-ci il tarixlərində azərbaycanlılar Zəngilanı geri qaytarıb, məktəb binasına öz bayraqlarını quraşdırıb, sosial şəbəkələrdə videolar yayıblar.
Oktyabrın 21-də isə bizimkilər Zəngilanda döyüş tapşırığını yerinə yetirmək əmri alıblar. Lakin onlar mühasirəyə alınıb, 40 nəfər öldürülüb və ya əsir götürülüb.
Bir gün sonra, oktyabrın 22-də Arsrun Ovannisyan “Hailur” verilişində deyib ki, bizimkilər Zəngilanda azərbaycanlıları məhv edib, bayraq saxtakarlıqdır.
Təsəvvür edin, düşmən Zəngilanıı tutub, 40 nəfəri öldürüb, çoxlu əsir götürüb, Arsrun isə bizi aldadıb ki, bütün bunlara inanmamalıyıq, biz misilsiz qələbə qazanmışıq.
Yaxşı ki, indi müstəntiqə ifadə verir və sadəcə yalan danışdığını deyir”,- deyə vəkil yazıb.
KONKRET.az