azia.az
azia.az

“Heç kim Laçın dəhlizinin açılmasına zəmanət vermir” - Paşinyan

16-12-2022, 11:43


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə qapalı görüş keçirib.

Azia.az xəbər verir ki, bu barədə məlumatı “Armlur.am” portalı yayıb.

Görüş zamanı Laçın dəhlizinin bağlanması məsələsinin müzakirə olunduğu bildirilir.

Məlumata görə, müzakirələr qızğın keçsə də, Paşinyan deputatların dəhlizin nə zaman açılacağına dair suallarına cavab verə bilməyib.

Ermənistan hökumətinin rəhbəri qeyd edib ki, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla təmasda olsa da, onlardan heç biri dəhlizin açılmasına zəmanət vermir.

Bununla yanaşı, Paşinyan Rusiyanın bu məsələdə vasitəçiliyinə dair də konkret fikir bildirməyib.(Qafqazinfo)






OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi