Laçın yolundakı aksiyadan danışan Paşinyan mövzunu qəfil dəyişdi - Mərakeş millisini təriflədi
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Mərakeşin futbol üzrə dünya çempionatındakı uğurundan danışıb.
Sfera.az erməni mediasına istinadən bildirir ki, Paşinyan çempionatın Mərakeşə uğur gətirəcəyini deyib:
"Mərakeş futbol komandasının yarımfinala yüksəlməsi, əminəm ki, bu ölkənin iqtisadiyyatına konkret təsir göstərəcək”, - deyə sessiyanın əvvəlində azərbaycanlıların yolu bağlanmasından şikayətlənən Paşinyan bildirib.
Həmin uğurdan sonra mərakeşlilərin həyatında daha hansı görünən və görünməyən zəncirvari reaksiyaların olacağına gəlincə, Paşinyanın fikrincə, bu, ayrıca araşdırma mövzusudur.
Qeyd edək ki, Şuşa-Laçın yolundakı baş verən son hadisələrlə bağlı keçirilən iclasda nazirin bu səpkidə açıqlama verməsi birmənalı qarşılanmayıb.