azia.az
azia.az

"Ekologiya hara, Azərbaycan hara?" - Rusiyalı təbliğatçı NİFRƏT PÜSKÜRDÜ

14-12-2022, 13:13


Rusiyalı təbliğatçı-jurnalist Azərbaycana qarşı nifrət püskürüb.

Azia.az  xəbər verir ki, bunu rusiyalı təbliğatçı-jurnalist Tina Kandelaki teleqram kanalında yazıb. Onun Azərbaycanla nə alıb-verəcəyi var, bəlli olmasa da, ağzını açıb, gözünü yummağından Azərbaycana və azərbaycanlılara münasibəti bəllidir.

Kandelakinin cəfəngiyyat dolu yazısını təqdim edirik ki, bizə yalnız simonyanlar, solovyovlar, skabeyevalar ilişmir, Kandelakiyə də nəsə “borc”umuz varmış…

“Şər həmişə qoyun dərisi altında gizlənir. Son illərdə bu qoyun dərisi altında özlərini ekoloq və insan hüquqları uğrunda mübarizə aparan çoxsaylı təşkilatlar, insanlar və fondlar olub. Onlar insanlara, şəhərlərə və bütöv ştatlara hücum edir, bunun üçün müxtəlif səbəblər uydururlar.

Bir neçə il əvvəl az qala danışan qız Qreta Tunberq BMT rəhbərliyini və Avropa dövlət başçılarını dünyanı çirkləndirməyi dayandırmağı tələb edərək sözün əsl mənasında diz çökdürdü. Qretanın şəxsi lövhələrdə hərəkət etdiyi və çıxışlarının üçüncü şəxslər tərəfindən yazıldığı məlum olduqdan sonra qız yoxa çıxdı. Kukla işlədi, kukla atıldı, yeniləri gətirildi.

Son 6 ay ərzində dünya şəhərləri və onların muzeyləri növbəti Qreta kuklalarının – yeni “ekoloji fəalların” hücumuna məruz qalıb. Üslub eynidir. Bu günlərdə Azərbaycan pis nümunə götürərək, azərbaycanlılar arasından ekoloji müdafiəçilər göndərib, “arsax”a gedən yolu bağlayıb. Bəs ekologiya hara, Azərbaycan hara?”, – Kandelaki yazıb.

Daha sonra Kandelaki Azərbaycanı “zibilxanalar, nəhəng çirklənmiş ərazilər, zəhərli küləklərin əsdiyi yer” kimi təqdim edib. Xəzər dənizinin çirklənməsində də azərbaycanlılar günahkar hesab edərək,  Kandelaki uzun burnunu ölkəmizin daxili işlərinə soxmağa çalışıb.

“Yaşıllıqlar və ən saf sular diyarı “arsax”ın bununla nə əlaqəsi var? Yəqin ki, hər kəs öz işi ilə məşğul olmalı və qonşusuna hücumların arxasında problemlərini gizlətməyə çalışmamalıdır?”, – deyə Kandelaki çərənləyib.

“Filosofluğ”a Azərbaycana hücumla başlayan bu ermənipərəst xanım yazdığı postunda bir dəfə də olsun Qarabağ kəlməsini işlətməyib. Ermənilərin qayğısına qalan Kandelakinin Azərbaycan xalqına nifrətinin səbəbi hələki müəmmalıdır.

“İstənilən halda ekoloji fəalların hər hücumunun arxasında real qurbanlar, itkilər, qalmaqallar dayanır. “Arsax” məsələsində bunlar adi və sadə insanlardır, “respublika”nın sakinləridir, mütləq ekologiya ilə heç bir əlaqəsi olmayanlardır. Onların “artsax” xəstəxanalarında yollar açılana kimi ölən qohumları, yerindən tərpənə bilməyən uşaqları və qohumları, məktəblilər, təchizatçılar və tacirlər, Milad bayramında qohumlarını görməyəcək nənə və babaları var.

Məncə, yalanın, nifrətin xoş niyyətlə örtüldüyü vəziyyətdən daha pis bir şey yoxdur. Sonuncu, bildiyiniz kimi, bir istiqamətə – cəhənnəmə yol açır”, – deyə Kandelaki ağzının “zibilini töküb”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi