azia.az
azia.az

Azərbaycan, Gürcüstan, Çeçenistan Rusiyadan HESAB SORACAQ - ƏTRAFLI

28-11-2022, 14:30


“Ukrayna bu müharibədə qalib gələcək və Rusiya müharibə cinayətlərinə görə cavab verməli olacaq”.

Azia.az  xəbər verir ki, bu barədə mühacirətdə olan Çeçenistan İçkeriya Respublikasının başçısı Əhməd Zakayev Qurbanov LİVE YouTube kanalına müsahibəsində danışıb.

“Ukrayna bu müharibədə qalib gələcək. Dünya bu qələbə ilə barışmalı olacaq və çeçen xalqına, Azərbaycana, Gürcüstana, İnquşetiyaya və Rusiya tərəfindən ən ağır soyqırıma məruz qalmış onlarla millətə qarşı cinayətlər törədən hərbi cinayətkarları hesaba çəkməyə məcbur olacaq”, – Zakayev deyib.

İçkeriya hökumətinin başçısı Azərbaycan, Gürcüstan və Çeçenistandan ibarət Qafqaz dövlətinin yaradılmasına çağırıb.

“Çeçen xalqının böyük oğlu Cövhər Dudayev (müstəqil Çeçenistanın ilk prezidenti, 1991-1996), gürcü xalqının böyük oğlu Zviyad Qamsaxurdiya (Gürcüstan prezidenti, 1991-1992), Əbülfəz Elçibəy (Azərbaycan prezident, 1992-1993) “Ümumi Qafqaz evi” layihəsini hazırlamışdılar. Biz bu layihəyə qayıdıb güclü Qafqaz dövləti yaratmalıyıq. Bu gün bizim artıq bunun üçün real imkanlarımız var”, – Zakayev bildirib.

O, fikrini izah edərək qeyd edib: “Rusiya Qafqazda peyda olana və Qafqazda rus ekspansiyasına qədər xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayırdılar. Bizim aramızda heç vaxt münaqişə olmayıb. Şərqdən olan ümumi düşmənlərimizə qarşı çıxırdıq. Çeçenlər Gürcüstana öz müstəqilliyini və ölkəsini müdafiə etməkdə həmişə kömək ediblər. Və bu, Rusiya İmperiyasının yaranmasına qədər davam etdi. Rusiya imperiyasının “parçala hökm sür” prinsipi ilə ilk növbədə Qafqaz xalqları arasında parçalanma yaratdılar. Qafqaz monolit kimi birləşmişdi və Rusiya üçün çox ciddi təhlükə idi. Təkcə Rusiya üçün deyil, bu bölgəyə iddiası olan istənilən imperiya üçün”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi