azia.az
azia.az

Azərbaycanlı iş adamını həbs edən Nyu York prokuroru işdən qovuldu

12-03-2017, 13:23

Azərbaycanlı iş adamını həbs edən Nyu York prokuroru işdən qovuldu


O, istefa vermədiyi üçün tutduğu vəzifədən azad edilib.

Donald Tramp administrasiyası Barak Obama dövründən qalmış 46 prokurorun istefasını tələb edib.

İstiPress-in “The New York Times”ə istinadən xəbər verir ki, istefası tələb edilən dövlət ittihamçılarının arasında Hindistan əslli Prit Bharara da var.

Yüksək profilə sahib olduğu bildirilən və əsasən ölkədəki korrupsiyaları araşdırması ilə məşhur olan Bhararanın da istefaya göndərilməsi təəccüblə qarşılanıb.

Qeyd edək ki, Bharara istefa verməyi qəbul etmədiyi üçün tutduğu vəzifədən azad edilib. Bu barədə o, şəxsi twitter səhifəsində yazıb.

Xatırladaq ki, Prit Bharara daha əvvəl Azərbaycan əslli irnalı biznesmen Rza Zərrabı həbs etməsi ilə gündəmə gəlmişdi.

Bir müddət əvvəl isə Türkiyə mətbuatı Fətullah Gülənlə birlikdə şəklini paylaşdığı Prit Bhararanın Gülənlə yaxın münasibəti olduğunu iddia etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi