azia.az
azia.az

İranlı deputatdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA

17-11-2022, 13:24

"Əgər söhbət Arazın o tayı ilə bu tayının birləşməsindən gedirsə, o zaman azərbaycanlılar İrana qoşulmalıdır".

 

Sfera.az xəbər verir ki, bu absurd bəyanatla Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirezabeiqi çıxış edib. Deputat bəzi ölkələrin İran üzərindəki marağından danışıb:

"Bu gün ölkədə mövcud olan problemlər xarici qüvvələrin İran əleyhinə bəyanatlar verməsinə səbəb olub. İranı azad edəcəyini deyən ABŞ prezidenti, xalq nümayişlərini inqilab adlandıran Fransa prezidenti və İrandakı iğtişaşları dəstəkləyənlərin hamısı əcnəbidir. Milli birliyi gücləndirərək xalqın iradəsindən irəli gələn bir qüvvə yaratmaqla bütün bu cəfəngiyyatlara tez bir zamanda cavab veriləcəyini gözləyirik. Azərbaycan İrana məxsusdur və əgər söhbət yenidən birləşmədən gedirsə, o zaman azərbaycanlılar İrana qoşulmalıdır".

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi