azia.az
azia.az

2 il yubadılmış Bakı SSENARİSİ: İran sadəcə BƏHANƏ olacaq

11-11-2022, 11:51


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı Azərbaycanı tərəfdaş ölkə adlandırıb və İrana qarşı Bakının yanında olacaqlarını bildirib.

KONKRET.az daha əvvəl də dünyanın ikinci qaynar nöqtəsinin Cənubi Qafqazda yaradılma ehtimalları ilə bağlı özəl yazı, açıqlamalar təqdim edib. Hətta dünənki yazılarda Ukraynanın sülhə yaxınlaşdığını, daha doğrusu, böyük güclərin xəritə dəyişmək istəkləri barədə məlumat vermişdik.

2 il yubanmış plan

44 günlük müharibənin ilk həftələrində regiondakı yeni reallıqlar belə yozulurdu:

1. Rusiyanın regiondakı ağalığına son qoyulur.

2. Qarabağın ardınca Kremlin sıxışdırılması Ukrayna və Gürcüstanda da təkrarlanacaq.

Birinci proqnozla bağlı hər şey həll olunmaq üzrə idi, lakin Moskva Naxçıvandakı helikopter olayı və “İskəndər” raketləri ilə təhdid dilinə keçdi. Nəticədə İrəvanla Bakı arasındakı atəşkəsdə vasitəçiliyə nail oldu.

İkinci proqnoz özünü 2022-nin fevralına qədər aktual saxlayırdı. Mixeil Saakaşvilinin Gürcüstana qayıtması və həbsi Cənubi Osetiya, Abxaziya savaşlarının qarşısını aldı. Bu səbəbdən Rusiyanın sıxışdırılması planı fevralın sonlarında yalnız Ukraynada alovlandı.

Kreml qorxu içindədir

G-20 sammitinə nə Putin, nə də Lavrovun qatılması Rusiyanın dalana dirənməsidir. Kreml idarəçiləri sui-qəsddən qorxur, müəyyən gücsüzlüklərini dərk etməyə başlayıblar. Ukraynadakı geri çəkilmə də buna misaldır. Lakin hələ də sual yerləri qalıb:

– Putin geri çəkilib sülhə imza atsa, ölkədəki nüfuzu yerlə bir olacaq. Hətta savaşa qarşı olan insanlar ayağa qalxacaq ki, “işğal etdiyin torpaqları qaytaracaqdınsa, 70 min balamızın canına niyə qıyırdın?”.

– Moskva Kiyevlə danışıqlara Krımı yox, Donetsk və Luqanskı çıxarda bilər.

– Rusiya Qərbin ikinci cəbhə açmaq istədiyini duyub və Ukraynada atəşkəsə nail olmaq istəyir ki, Şimali, yaxud Cənubi Qafqazdakı mübarizədə Ukraynadakı biabırçılığı yaşamasın.

– Kreml daha nüvə müharibəsindən danışmır.

İran sadəcə bəhanədir

• İslam Respublikası dağılmaq üzrədir və bunun qarşısını almaq üçün iblislə də anlaşmaya getməyə hazırdır. Yoxsa Tehran Kreml və İrəvanla doğmalaşmazdı.

• Avropa layihəsi olan İran (həm şah, həm də molla rejimi) elə Qərbdəki ağalarından başqa tapşırıq da almış ola bilər. Fars missiyası Rusiya ilə yaxınlaşma fonunda Cənubi Qafqazda gərginlik yaratmaqdan ibarətdirsə, bu da Kremlin bölgədən uzaqlaşdırılmasına hesablanıb.

Qərb Ermənistanla Azərbaycan arasındakı barışığa vasitəçisiz nail olmaq və gələcəkdə bölgəni öz nüfuz dairəsində saxlamaq istəyir. Bunun üçün isə Rusiyanın regionda ilişib qalmış mırıq dişlərini çıxartmaq lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi