azia.az
azia.az

Tehran özünü İFŞA EDİR - İran ermənilərə kömək üçün qoşun göndərib?

4-11-2022, 18:08


Prezident İlham Əliyevin Cəbrayıla səfəri zamanı Xudafərin körpüsünün yanında çıxışı zamanı İrana "dost" deyə xitab etməsinə baxmayaraq, İranda bu gün nə dostluq, nə də İslam əlamətləri özünü göstərir.

Bunun qarşılığında biz İranın iki ölkə arasında münasibətləri daha da qızışdıracaq və mürəkkəbləşdirəcək addımlar atmağının şahidiyik. Bu da əslində İranın Azərbaycana qarşı münasibətində ilk deyilmiş. Məlum olur ki, bu, İranın reallıqda Azərbaycana qarşı apardığı 30 illik siyasətin sadəcə bu zamana kimi olan ifşa halıdır. 

Biz İranın Ermənistanla Paşinyanın son Tehran səfəri çərçivəsində münasibətlərinin müttəfiqlik, dost-qardaşlıq səviyyəsində olduğunu orada imzalanan sənədlərdən, hərbi və əməkdaşlığa dair sazişlərdən də çox aydın gördük. İran Ermənuistana verəcək ballistik raketklərinin də, kamikadze dronlarının da harada istifadə ediləcəyini çox yaxşı bilir. Azərbaycanın hər gün mövqelərini atəşə tutan, təxribat hazırlaqlarını bir an olsun dayandırmayan bir Ermənistan təsəvvür edin, o zaman ona verilən bu silahların istifadə olunacağı yer də sirr deyil.

Ermənistanın bu silahlardan öz məqsədi üçün istifadə edəcəyi faktı məlumdur. Məlum olmayan Azərbaycana planlaşdırılan səfəri təxirə salan İran parlamentinin spikerinin və digər dövlət rəsmilərinin iştirakı ilə Ermənistanla qarşılıqlı səfərlərin sayının sürətlə artmasıdır. Əslində biz bu səfərlərin intensivləşməsini Vətən müharibəsindən müşahidə edirik.

İran rejiminin əli müsəlmanların qanına batan Ermənistan rəsmilərinə qucaq açması artıq Bakını təəccübləndirmir. Kor-kor, gör-gör, İran və Ermənistan özlərini regionda təbiii müttəfiq sayırlar. Rəsmi Bakı çox yaxşı anlayır ki, bu, onların regionda yaranmış yeni geosiyasi reallığa rekasiyasıdır. 

İran və Ermənistanın münasibətlərinin bu qədər isti olması təbii müttəfiqlik məsələsindən çox rəsmi Tehranın Azərbaycana olan münasibəti ilə bağlıdır. Açıq görünür ki, iran Ermənistandan Azərbaycana qarşı "proksi" qüvvə kimi sitifadə etməyi planlaşdırır. Buradan belə nəticə çıxır ki, İran müstəqil, dünyəvi, geosiyasi gücü 44 günlük müharibədən sonra daha da artan Azərbaycanı özünə ekzistensial təhlükə kimi görür.

Proseslərdən belə anlaşılır ki, Azərbaycanla İran arasındakı münasibətlərdə ziddiyətlər uzun müddət idi. Baxmayaraq ki, Azərbaycan İranı özünə yaxın dövlət kimi qəbul edirdi, amma molla rejimi Vətən müharibəsi ilə özünün əsl simasını daha çox gizlədə bilməd, İkinci Qarabağ müharibəsinin ortaya çıxardığı reallıq İranın daxilində olan o təhlükə hissini daha da yüksəltdi. 

Nəticədə İran Azərbaycana qarşı ifraz etdiyi nifrətini, düşmənçilik çalarları hiss edilən davranışlarını artırmağa başladı və vəziyyət dözülməz həddə doğru gedir. Görünən odur ki, İran Zəngəzur dəhlizini özünə real təhlükə görür, bu yol Ermənistanla olan kommunikasiyasını bağlayır. Amma reallıqda bunun belə olmadığını nəzərə alsaq, demək ki, Tehranın əsas qorxusu bu deyil. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan və Türkiyənin bu dəhliz vasitəsilə daha sıx birləşəcəyi məsələsi cənub qonşumuzu əsas narahat edən məqamdır. 

İranda hətta İkinci Qarabağ müharibəsinin bütün mahiyyətinin məhz Tehrana qarşı çevrildiyi ilə bağlı absurd, əsassız, fikirlərə də rast gəlmək olur. Bunu Tehran rəsmiləri Bakını yeni geosiyasi reallıqların tələbinə uyğun olaraq kommunikasiyaların açılması məsələsində fikrindən daşındırmaq üçün də bir psixoloji təzyiq kimi ortaya ata bilər.

Amma bu fikir özlüyündə digər bir məqamın üzərində xüsusilə dayanmamıza imkan verir: Azərbaycanın müharibəsi ona qarşı 30 il işğalçılıq siyasətini davam etdirən dövlətə qarşı idi. İran da əgər özünü Azərbaycan ərazilərinin işğalında pay sahibi hesab edirsə, o zaman 44 günlük müharibəni ona qarşı aparılan bir savaş hesab edə bilər. Necə ki, bu savaşın nəticələrini hələ də həzm edə bilmir. 

Bu tip bəyanatlar eyni zamanda o mənanı verir ki, İran Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibənin tərəflərindən biri olub. Uran çox yaxşı anlayır ki, Ermənistanla olan əməkdaşlığı quru hesabdan başqa bir şey olmayacaq, bu müttəfiqliyin ciddi potensialı yoxdur.

Amma Tehranın İrəvanla bu əməkdaşlığı onlara imkan verir ki, Azərbaycanı küncə sıxışdırıb, məqsədindən əl çəkdirsin, Zəngəzur dəhlizini bloklaya bilsin. Lakin rejim düşünə bilmir ki, hazırki Azərbaycan 15, 20, 30 il əvvəlin Azərbaycanı deyil. Əvəzində İran bu cür davranış sərgiləməklə öz izolyasiyasını dərinləşdirir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi