Aİ-dan Azərbaycan və Ermənistan rəsmilərinin sərhədlə bağlı görüşünə REAKSİYA
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın sərhədlə bağlı məsələlərin həlli üzərində işləri davam etdirməyə hazırlığını yüksək qiymətləndirir.
Azia.az xəbər verir ki, bu barədə ötən gün Brüsseldə keçirilmiş danışıqların yekununda Aİ Xarici siyasi xidmətinin bəyanatında deyilir.
"Aİ görüşün keçirildiyi müsbət mühiti və tərəflərin sərhədlə bağlı məsələlərin həlli, eləcə də təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşdırılması üzərində işləri davam etdirməyə hazırlığını yüksək qiymətləndirir", - bəyanatda deyilir.
Qeyd olunur ki, bu görüş Azərbaycan Prezidenti İlham Əliyev, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmalardan sonra baş tutub.