azia.az
azia.az

Azərbaycan ATƏT Şurasında Ermənistanın Lapşinlə bağlı iddiasına cavab verib

10-03-2017, 10:35

Azərbaycan ATƏT Şurasında Ermənistanın Lapşinlə bağlı iddiasına cavab verib


“Azərbaycanda blogger Aleksandr Lapşinin saxlanması ATƏT-in məsələsi deyil”.

azia.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Ermənistanın ATƏT-in Daimi Şurasında Aleksandr Lapşin məsələsini qaldırması ilə bağlı bəyanatında deyilir.

Azərbaycan nümayəndəliyi bildirib ki, cinayət işi ikitərəfli münasibətlər əsasında Azərbaycanla Belarus tərəfindən başladılıb:

“Aleksandr Lapşin bir neçə ölkənin vətəndaşıdır. Bu səbəbdən də həmin ölkələr hüquqi proseduru izləməklə bu məsələdə 3-cü tərəf qismində iştirak edir. Ermənistanın bu hüquqi məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu, bir daha onu göstərir ki, Ermənistan davamlı olaraq, xarici vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edir və daha sonra bundan özünün siyasi təbliğatında istifadə edir. Biz bir daha jurnalist və xarici vətəndaşları Azərbaycan tərəfinin razılığı olmadan işğal olunmuş ərazilərimizə qanunsuz səfərdən çəkinməyə çağırırıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi