Deputat: “Savadsızlıqdan, qanmazlıqdan, naşılıqdan, biganəlikdən məkrli bir düşmənin qarşısında…”
“Mübarizə ilə mübarizə imitasiyası ayrı-ayrı şeylərdir. İranın məlum generalının ölümünə yas tutan birisi dövlət qurumunda məsul vəzifəyə götürülür. İran şəbəkəsinin Rusiyada ideoloji tapşırıqlarını icra edən birisi Bakının mərkəzində auditoriya yığıb kitab evində geniş təqdimat keçirir. İranın iki qadın qarğasının dili ilə dövləti müdafiə edən televiziyanın qarşısında Azərbaycanın 90 faizi İrançıdır deyilir. Kimdir axı bütün bu prosesin səlahiyyətli dəstəkvericiləri?”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
“Üstəlik də İranın son günlər atdığı addımlara qarşı televiziyalardan bəzən qulağımızı deşən təməlsiz və bəsit informasıya siyasətinə aid bir söz də söyləmək olmur... Kimə deyəsən, hara anladasan? Savadsızlıqdan, qanmazlıqdan, naşılıqdan, biganəlikdən məkrli bir düşmənin qarşısında müqavimətsiz durumda qalıb bu ölkə üçün narahatlıq keçirən insanlar… Heç bir prosesə zamanında hazır ola bilmirik” – F.Mustafa qeyd edib.