Federal Təhlükəsizlik Bürosunun direktoru belə deyibABŞ-ın ən çox qorxduğu ölkələrin adları açıqlanıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Ceyms Komi deyib.
Kibertəhlükəsizlik üzrə illik konfransda iştirak edən Kominin sözlərinə görə, Rusiya ABŞ-a təhdid törədən ölkələr siyahısında liderdir.
"Mövcud olan təhdidləri mən qatlı piroq kimi təsvir edərdim. Ən dadlı qatlar - Çin, Rusiya, İran, Şimali Koreyadır. Növbəti mərhələdə beynəlxlaq sindikatlardır (kibercinayətkarlar). Onlar bəzən dövlətlərin sifarişi ilə informasiya, pul, texnologiya oğurluğu ilə məğul olurlar".
Onun sözlərinə görə, bu səbəblərdən FTB kibertəhlükəsizlik məsələlərinə böyük önəm verir, dövlətin maraqlarının və vətəndaşların şəxsi həyatları haqqında informasiyaların qorunması arasında balansı tapmağa çalışır.