Miqranyan SƏRSƏMLƏDİ: "Moskva Xankəndi ilə razılaşsa, Qarabağın statusunu Ermənistansız həll edə bilər"
“Moskva və Xankəndi razılaşsa, Qarabağın statusunu Ermənistansız həll edə bilərlər”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyada yaşayan erməni politoloq Andranik Miqranyan oktyabrın 28-də “Rusiya-Ermənistan münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda keçirilən iclasda belə deyib.
“Əgər Ermənistan Qarabağın statusunu müzakirə etməkdən imtina edərsə və Vaşinqton sənədinə görə onu təslim etməyə hazırdırsa, o zaman Rusiya Ermənistansız bu məsələni tək müzakirə edə bilməz. Baxmayaraq ki, mən hesab edirəm ki, Qarabağ və Rusiya razılaşsa, Ermənistansız da ola bilər. Belə bir Ermənistan Qarabağın nəyinə lazımdır?
İnanıram ki, Rusiya sülhməramlılarının Qarabağa daxil olması Paşinyan və komandasının kürəyinə bıçaq zərbəsi vurub. Çünki onlar 20 ildir deyirlər ki, Qarabağ bir yükdür, atılmalı olan ballastdır.
Əvvəl çox yaxşı işləyirdi və sonra Rusiya sülhməramlıları bu prosesi dayandırdılar. Ermənistan hakimiyyətinin deyir ki, Qarabağı təslim edək. Bura bizim torpağımız deyilmi? Bu, erməni cəmiyyətinə deyilibmi? Bu, Ermənistan hakimiyyətinin rəsmi mövqeyidirmi?”, – deyə Miqranyan sərsəmləyib.