azia.az
azia.az

Allahşükür Paşazadə jurnalistlərin İranla bağlı sualını cavablandırmaqdan yayınıb

26-10-2022, 15:28


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin İranla bağlı sualına cavab verməkdən imtina edib.

"Report"un xəbərinə görə, bir qrup jurnalist Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayında qonaq qismində iştirak edən A.Paşazadəyə İranın ölkəmizə qarşı hazırkı mövcud münasibətləri ilə bağlı sual ünvanlayıblar.

Lakin şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarından yayınıb və mühafizəçilərin əhatəsində zalı tərk edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi