azia.az
azia.az

Mövlud Çavuşoğlu: “Azərbaycan da, Türkiyə də Ermənistanla əlaqələrin normallaşmasında səmimidir”

20-10-2022, 18:11

“Azərbaycan da, Türkiyə də Ermənistanla əlaqələrin normallaşmasında səmimidir”.

Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanla Türkiyənin xüsusi nümayəndələri arasında görüşlər davam etdirilir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdağon da Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Qarşıdakı müddətdə xüsusi nümayəndələr də görüşlərini davam etdirəcəklər”.

Nazir deyib ki, nəticə etibarilə etimadı artıracaq bəzi addımlar atılıb: “Hava sahəsi açılıb, iki ölkə arasında birbaşa uçuşlara başlanılıb. Buna bənzər səmimi jestlər etdik. Biz hər zaman deyirik ki, əlaqələrin normallaşması məsələsində Azərbaycan da, Türkiyə də səmimidir”.

M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi təklif edib: “Qarşıdakı növbəti müddətdə Azərbaycanla da, Ermənistanla da koordinasiyalı şəkildə nə edəcəyimizlə bağlı görüşlərimizi davam etdirəcəyik. Biz əlaqələrin yaxşılaşdırılması məsələsində səmimiyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi