"Rusiya Lapşinə görə dəfələrlə xahiş edib" - XİN
Rusiya tərəfinin dəfələrlə xahiş etməsinə baxmayaraq, Belarus bloqqer Aleksandr Lapşini Azərbaycana ekstradisiya edib.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Fevralın 9-u Bakıda Aleksandr Lapşini Rusiya səfirliyinin əməkdaşları ziyarət edib. Onun saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur”,- deyə Zaxarova vurğulayıb.
Rusiya XİN rəsmisi KİV nümayəndələrinə müraciət edərək Aleksandr Lapşin haqqında doğru olmayan məlumatlar yazmamağı xahiş edib. Zaxarova, həmçinin əlavə edib ki, Rusiya tərəfi ötən il Bakıda saxlanılan vətəndaş Ueldanovunun işi üzrə Azərbaycanın müvafiq orqanları ilə əlaqədədir.