azia.az
azia.az

ABŞ və Fransanın Bakıdakı fövqəladə və səlahiyyətli səfirləri Şuşaya dəvət olunsa da.....

27-08-2022, 17:57

ABŞ və Fransanın Bakıdakı fövqəladə və səlahiyyətli səfirləri Şuşaya dəvət olunsa da.....
ABŞ və Fransanın Bakıdakı fövqəladə və səlahiyyətli səfirləri Şuşaya dəvət olunsa da...
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Şuşada olmuşdu.
ABŞ və Fransanın Bakıdakı fövqəladə və səlahiyyətli səfirləri Azərbaycan hökumətinin onların Şuşaya dəvətini qəbul etməyib.
Təbii ki,fransalı və amerikalı səfirlərin hələ də Şuşaya baş çəkməmələrini bu ölkələrdəki erməni diasporunun,ayrı-ayrı lobbi qruplarının təzyiqinə tuş gəlməmək üçün oldugunu başa düşmək olar.
Xüsusilə,ABŞ və Fransa səfirləri Şuşa və Hadruta səfər etməkdən yayınır.Ola bilsin ki,səfirlər bu iki şəhərin "mübahisəli"oldugunu qənaət gətiriblər.
Bununla yanaşı,ABŞ ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edib.Görünür,Vaşinqton Qarabag probleminin yekun həllini hələ də Minsk Qrupu çərçivəsində görür.Belə olan təqdirdə,ABŞ səfirinin Şuşaya hər hansı səfəri məntiqli olmayacaqdı.
Ümumiyyətlə,indiyəcən bütün beynəlxalq sənədlərdə Qarabag Azərbaycan və Ermənistan arasında "mübahisəli ərazi"kimi göstərilirdi.Hərçənd,mən gözləyirdim ki,BMT-nin baş katibi Antonio Qutyerres və ya baqa yüksək çinli nümayəndə Şuşanı ziyarət edəcək.Çünki Şuşada,Qarabagda çox ciddi humanitar fəlakət,maddi və mənəvi irsin dagıdılması baş vermişdi.Lakin bir həqiqəti də bildirmək zəruridir ki,BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Qalada keçirilən BMT-Azərbaycan əməkdaşlıglnın 30 illiyinə həsr olunmuş tədbirdə iştirak etmişdi.İndi Qalada 23 binadan ibarət yaşayış kompleksi inşa edilməkdədir.
Eyni zamanda,BMT TŞ-nin Qarabag problemi ilə baglı məlum qətnamələri vardı ki,bu sənədlərdə də erməni qoşunlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməsi vurgulanmışdı.
İndi Azərbaycan hökuməti Şuşada 23 yaşayış binasından ibarət layihə üzərində işləyir və ehtimal edirəm ki,2023-cü ildə Şuşaya "böyük qayıdış"baş tutacaq.
Yeri gəlmişkən,Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iyulun 15-də Şuşaya səfər etmişdi.M.Boçarnikovun Şuşaya səfəri 44 günlük Vətən müharibəsindən 1 il 8 ay keçdikdən sonra gerçəkləşmişdi.Hətta rus diplomat Boçarnikovun Şuşa səfərində onu müşayiət edənlərdən biri də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloglu idi.
Son olaraq onu da vurgulayım ki,narahat olmaga dəyməz,vaxtı gəlındə ABŞ və Fransa səfirləri də Şuşaya səfər edəcəklər.Bu,mütləq olacaq.Ya gec,ya tez.


Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi