azia.az
azia.az

AŞ PA məruzəçiləri Bakıda müxalifəti ikiyə böldü

18-01-2017, 09:07

AŞ PA məruzəçiləri Bakıda müxalifəti ikiyə böldü
Ölkəmizə səfər edən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin məruzəçiləri Stefan Schennach (Avstriya) və Cezar Florin Preda (Rumıniya) Azərbaycana bugünlərdə səfərləri zamanı Azərbaycanın bir sıra müxalifət partiyalarının rəhbərləri ilə də görüş keçiriblər.


Görüşdə iştirak etmiş Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan müzakirə olunan məsələlər barədə moderator.az-a danışıb. O qeyd edib ki, görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, REAL təmsilçisi Natiq Cəfərli və Əvəz Temirxan Liberal Partiyanın sədri kimi iştirak edib. Əsas müzakirə mövzusu Azərbaycandakı mövcud siyasi situasiya olub. Ə.Temirxan ALP adından AŞ PA nümayəndələrinə Azərbaycandakı mövcud siyasi böhrandan çıxılması üçün yol xəritəsini təqdim etdiyini deyib. Planın əsas məğzi ondan ibarətdir ki, AŞ PA üzvləri, Azərbaycan müxalifəti və iqtidarı birgə görüşlər keçirib hazırda Azərbaycandakı problemlərin həll olunması üçün real addımlar atsın.
AŞPA nümayəndə heyətinin cəmi 4 müxalifət təşkilatının rəhbərliyi ilə görüş keçirməsi bir sıra müxalifət partiyaları tərəfindən birmənalı qarşılanmayıb.

Bəzi partiya rəhbərləri AŞ PA təmsilçilərinin bu formatda görüşünü müxalifətə qarşı ayrı-seçkilik adlandırıblar. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu qeyd etdi ki, AŞ PA təmsilçiləri ayrı-seçkilik ediblər. Onlar Azərbaycanda demokratiya ilə bağlı problemlərə həqiqətən ciddi yanaşsaydılar, daha geniş spektrdə bir görüşdə maraqlı olmalı idilər. Baxmayaraq ki, təcrübə göstərir ki, Avropa Şurasından gələnlərin burada müxalifətlə keçirdikləri görüşlərin bu ölkədə demokratiyaya elə də müsbət təsiri olmayıb.

Image result for Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə hesab edir ki, hansı tərkibdə görüş keçirmələri AŞ PA-nın təmsilçilərinin hüququdur. Onlar həmin tərkibdə görüşü məqbul sayıblarsa bunu ayrı-seçkilik saymaq istəmir: “Avropa Şurası Parlament Assambleyasının üzvlərinin öz proqramları, kimlərlə görüşüb nəyi müzakirə edəcəklərinə dair planları olur. Onlar bu kimi şeyləri özləri müəyyən edir. Hesab edirəm ki, buna qarışmaq doğru deyil. Şəxsən mən bu görüşü ayrı-seçkilik kimi qiymətləndirmirəm”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə AŞ PA təmsilçilərinin həmişəki kimi ayrı-seçkilik etdiyini bildirdi. Eyni zamanda qeyd etdi ki, onların keçirdiyi görüşlərin Azərbaycanda demokratiyaya müsbət mənada heç bir təsiri olmayıb və indi də olası deyil. Azərbaycanda demokratiyanın durumu Azərbaycan Avropa Şurasına daxil olandan sonra daha da pisləşməyə başlayıb və indiki vəziyyət yaranıb. İndi AŞ PA-dan kimlərinsə buraya gəlməsi, kimlərləsə görüşməsi gözdən pərdə asmaq üçündür.

Qeyd edək ki, Azərbaycan hələ də AŞ PA-nın monitorinqi altında olan 9 Avropa Şurası ölkəsindən biridir. Bu prosedur hakimiyyətlə daimi dialoq, müntəzəm hesabatlar və Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsində irəliləyişlə bağlı vaxtaşırı debatları əhatə edir. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi